İnsanı Yaşadan Nədir? əsərindən mənalı sözlər | Lev Tolstoy


Dahi yazar L.N.Tolstoyun müəllifi olduğu "İnsanı Yaşadan Nədir?" əsərində 5 hekayə yer alır. Bu hekayələr insanın həyatdakı qayə və vəzifələrinə, qarşısıalınmaz güc olan sevgiyə, fitrətindəki işığa, eyni zamanda tamah və gözütoxluq, qəzəb və şəfqət kimi ziddiyyətli xüsusiyyətlərə yenidən nəzər salmağımızı təmin edir. Buradakı hekayələrin hər biri sizi fərqli dünyalara götürəcək, ağlınızı, ruhunuzu və qəlbinizi aydınladacaq, bəzən vicdanınızla üz-üzə qoyacaq, bəzən isə içinizdə kilidlənmiş qapıları açıb yaxınınızın, qonşunuzun qapısını döyməyə vasitə olacaq gücdədir.

  • Kimin canında sevgi varsa, Tanrı onun qəlbindədir. Çünki Tanrı — elə sevgi deməkdir.

  • Anladım ki insan sevgi ile yaşayır...

  • Çünki əslində, Yaradan elə sevginin özü imiş...

    İnsanı Yaşadan Nədir? əsərindən mənalı sözlər | Lev Tolstoy

  • -İnsanın nəyə sahib olduğunu öyrən.
    -İnsanın sevgiyə sahib olduğunu öyrəndim.

  • İnsan ata-anasız yaşaya bilər, amma Allahsız yox.

  • İvan Şerbakov atasının dediklərini və Yaradanın əmrlərini əsla unutmurdu: «Qığılcımı söndürməyən atəşin qarşısını ala bilməz...»

  • Sadəcə kitab oxumaq bəs etməz insana. Bəzən meydan oxuya bilməli: özünə, həyata, dünyaya....

  • Sənə söysələr də, səbir etməlisən. Necə olsa, vicdanları sızlayacaq. Bax bunu öyrətdilər bizə. Bir nəfər sənə şillə vursa, digər yanağını çevirməlisən. Əgər haqlı olduğunu düşünürsə, bir də vursun. Lakin onun da vicdanı sızlayar. Sakitləşib dinləyər səni. Bax bunu öyrətdi İsa bizə, təkbbürlənməyi yox.

  • Başqasının bir günahını örtsən, Allah sənin iki günahını bağışlayar...

  • Hər nə iş görürsünüzsə, dayanın və sadəcə ətrafınıza baxın!..

  • Bu üç əmri yaxşı öyrən:
    "İnsan nəyə sahibdir?"
    "İnsana nə verilməmişdir?"
    "İnsanı yaşadan nədir?"

  • Yaradanı heç kəs görməyib. Lakin biz bir-birimizi sevdiyimiz müddətcə O qəlbimizdədir.

  • Adamın mənəviyyatından dəyərli heç nə yoxdur.

  • Torpaq boldur, — deyə fikirləşdi.- Amma görək Allah üzərində yaşamağıma icazə verəcəkmi?

  • Bir nəfər sənə pis sözlər desə, kədərlənmə, ona doğru yolu göstər.

  • Hər kəsi yaşadan — öz dərdləri ilə bağlı əlləşib-vuruşması deyil, əhatəsində yaşadığı insanların qəlbindəki sevgidir.

  • İnsanlara elə gəlir ki,onları canlı edən özləri barədə düşünmələridir, ancaq onlar eyni bir məhəbbətlə yaşayırlar. Kim ki, bu məhəbbətin içindədir, o, Allahın himayəsindədir, çünki Allah məhəbbət deməkdir.

  • Kim deyirsə ki, Allahı sevirəm, lakin öz qardaşına nifrətlə yaşayır- o, yalan danışır, çünki gözünün önündəki qardaşını sevməyən kəs gözəgörünməz Tanrını necə sevə bilər..?

  • Bir qadının başqasının balaları üçün ağlayıb kədərlənə bildiyini görəndə daxilindəki Allah işığını gördüm və insanı yaşadanın nə olduğunu öyrəndim.

  • Biz özümüz də bilmirik, o, insan idi, yoxsa Rəbbin bir mələyi. Hamımızı sevir, hamımıza rəhmi gəlirdi və heçnə demədən bizi tərk elədi..

  • Öyrəndim ki, insan öz qayğılarını həll etməkdən ötrü yox, içində sevgi olduğu üçün yaşayır...

  • O başa düşdü ki, hər adam ölənə kimi Tanrıya olan borcunu sırf sevgi və xoş əməlləri ilə ödəməliymiş.
 

0 şərh